AĞLAMA, SEVMİRƏM GÖZ YAŞLARINI
.
Bir vaxt xatirəni isidən odu,
Köksümü yandırıb, közümdən aldın ,
Əlinlə verdiyin bir qədəh suyu,
Qayıdıb min dəfə gözümdən aldın.
.
İçimdə bir eşqi dəfn elədin sən,
Ürək bir sevginin baş daşı oldu.
Sənin yoxluğunla barışmağımın
Bəlkə də baisi göz yaşı oldu
.
Hicranı, həsrəti sevdirdin mənə ,
Unutdum vüsalın naxışlarını ,
Gözümün suyunda itirdim səni,
Ağlama, sevmirəm göz yaşlarını.

İçeriği aşağıdaki sekmelerle değiştirebilirsiniz.