DÜNYA MƏNİM YERİM DEYİL

Yaman sıxır, yaman məni,
Şübhə məni, güman məni,
Anlamayır zaman məni,
Dünya mənim yerim deyil.
****************
Mindillidir!-sözüm yoxdur,
Bir çöpündə gözüm yoxdur,
Doxsandoqquz üzüm yoxdur,
Dünya məmim yerim deyil.
******************
Qazanc təmiz addır mənə,
Haram qordu, oddu mənə ,
Dələduzluq yaddı mənə,
Dünya mənim yerim deyil.
******************
Qismətim dərdi. azarı,
Mən taledə çox yazarı,
Nə behi var, nə bazarı,
Dünya mənim yerim deyil.
*****************
Kim ki, haqqı dedi,qardaş,
Başı qapaz yedi ,qardaş,
Gididir ki,gidi ,qardaş,
Dünya mənim yerim deyil.
******************
Dedi-qodu aşıb, daşıb,
Cahil çaşıb, mömin çaşıb,
Sanki dünya adamlaşıb,
Dünya mənim yerim deyil !

İçeriği aşağıdaki sekmelerle değiştirebilirsiniz.