MƏN YA BİR QALİB ƏSGƏR, YA ŞƏHİD OLACAĞAM
.
Babam Şah İsmayıln goruna and içirəm,
Ocağımın közünə, qoruna and işirəm,
Peyğənbərin üzünün nuruna and işirəm,
Qarabağın qisasın düşməndən alacağam,
Mən ya bir qalib əsgər, ya şəhid olacağam
.
Bayrağıma həkk olmuş üç rəngə and içirəm,
Əlimdəki silaha, tüfəngə and içirəm,
Atatürkün girdiyi son cəngə and içirəm,
Qarabağın qisasın düşməndən alacağam,
Mən ya bir qalib əsgər, ya şəhid olacağam!
.
Torpağıma həkk olmuş al qana and içirəm,
Bir bax. hansı müqəddəs ünvana and içirəm?!
Südünü halal eylə ,ay ana, and içirəm.
Qarabağın qisasın düşməndən alacağam.
Mən ya bir qalib əsgər. ya şəhid olacağam.
.
Məhəmməd hümmətinin dinində and içirəm,
Vətənimin bu cətin günündə and içirəm,
Xalqımın hüzurunda,önündə and içirəm,
Qarabağın qisasın düşməndən alacağam,
Mən ya bir qalib əsgər, ya çəhid olacağam.

İçeriği aşağıdaki sekmelerle değiştirebilirsiniz.