Mənim güvəndiyim dağ sənə də qar yağarmış.
****—–****—-****—–****—-***
Səni zirvə sanırdım, təpə təpərin yoxmuş,
Səni qala bilirdim, qarğı çəpərin yoxmuş,
Sən bir söz pəhləvanı, darda hünərin yoxmuş,
Astarın çıxdı üzə, ay saqqalı ağarmış,
Mənim güvəndiyim dağ sənə də qar yağarmış.
***
Baxışında çöküldüm, sözlərində quruldum
Bulandırdın min kərə, mən yenə də duruldum,
Sənə arxa çevirdim, kürəyimdən vuruldum,
Demiyəsən hay-küyün bir içi boş dağarmış
Mənim güvəndiyim dağ sənə də qar yağarmış.
***
Etibarın , ümidin, nağılıymış, sözüymüş
Hər işində qulp yeri,deyilənlər düzüymüş
Mənə dərin “satdığın” dəryaların üzüymüş,
Səndə zülmət xisləti, məndə Günəş doğarmış
Mənim güvəndiyim dağ sənə də qar yağarmış.
İslam Əzimov

İçeriği aşağıdaki sekmelerle değiştirebilirsiniz.