Sevdiyini qulağıma pıçılda—- Deyişmə

Könül Səfər
Eşqin ilə ürəyimə ax, mənim,
Şimşək olub başım üstə çax, mənim,
Tut əlimdən, gözlərimə bax, mənim,
Sevdiyini qulağıma pıçılda
İslam Əzimov
Ömrün boyu tər-tazəsən,yenisən,
Heyif , məncə duyammadın səni sən
Əyil bəri, utandırdın məni sən,
Sevdiyimi qulağına gəl, deyim.
Konul Səfər
Həsrətim ol, vüsalım ol, ünüm ol,
Səadətim xoş ömürüm, günüm ol,
Heç kəsin yox, ömür boyu mənim ol,
Sevdiyini qulağıma pıçılda.
.İslam.Əzimov
Həstət nədi , əzab vermə özünə,
Xəbərin yox köçdüyümdən gözünə,
Bir görüş ver dodağımla üzünə ,
Sevdiyimi qulağına gəl, deyim.
.Könül.Səfər
Yaza döndər xəzanımı, qışımı
Sil gözümdən tənhalığın yaşını
Yolumuzdan at həsrətin daşını
Sevdiyini qulağıma pıçılda
İslam.Əzimov
Kövrək- kövrək əl üzatdım bir gülə ,
Gilələndi kipriyində bir gilə ,
Qoy başını dizim üstə, mürgülə ,
Sevdiyimi qulağına gəl, deyim

İçeriği aşağıdaki sekmelerle değiştirebilirsiniz.