TÜRKÜ BİRLƏŞDİRƏN DƏRD
(Azərbaycanın Ümummilli lideri
Heydər Əliyevin dəfn günü )

Ölüm var , ölməzlik gətirir ada,
Ölüm var, bir xalqın şöhrəti , şanı,
İlahi,ölümdə qüdrətə bir bax? !
Göylərə qaldırır Azərbaycanı.
*
Cənazə dalınca insan axını ,
Dönüb Xan Araza, Kürə bənzəyir,
Şərqindən qərbinə bütöv bir ölkə,
Ocağa bənzəyir, pirə bənzəyir.
*
Dünyanın siyasi düşüncəsinin ,
Laxladı beləcə özülü, himi,
Sərkərdə taleyi yaşayan babam,
Köçür bu dünyadan peyğənbər kimi.
*
Hər kəsin Tanrıya bir can borcu var,
Ölüm müqəddəsdir, yox özgə soru,
Türkü birləşdirən bu dərdi,Allah,
Özün bədnəzərdən, pis gözdən qoru

İçeriği aşağıdaki sekmelerle değiştirebilirsiniz.